ABŞ-nin ayrıseçkiliyi - Samantanın erməni sevgisi
Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar bir sıra ölkələri, o cümlədən ABŞ-ni narahat edir. Bu fikri əsaslandırmaq üçün kifayət qədər səbəb sadalamaq olar, hansı ki, ən başda ABŞ-nin Ermənistana hərbi dəstəyidir. Lakin ABŞ bu ölkəyə sadəcə hərbi dəstək vermir. Onlara maliyyə yardımı da ayrılır. Hətta, bugün Ermənistana ayrılan maddi yardımın məbləği iki dəfə artırılıb.
Ermənistan Nazirlər Kabinetindən verilən məlumata görə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana pul yardımını iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırmaq qərarına gəlib. Məlumata görə, razılaşma Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Alelo tərəfindən imzalanıb. Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
Ermənistana yardım ayrılmasında qeyri-adi nəsə yoxdur. Hər bir ölkəyə yardım edilə bilər. Burda diqqət çəkən məqam ayrıseçkilikdir. Maraqlıdır, ABŞ 30 il ərzində yurd-yuvalarından didərgin düşən vətəndaşlarımıza niyə real yardım etmirdi, onların hüquqları niyə tapdalanırdı? 30 il Azərbaycanın torpaqları işğal altında olanda ABŞ Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunlumazlığı qədər xatırlamırdı. Bugünkü gündə azad edilmiş ərazilərdə minalanma qayıdışa ən böyük maneədir. Lakin minalanmadan mübarizəyə ABŞ real dəstək vermir. Belə aydın olur ki, Qarabağa azərbaycanlıların qayıdış hüquqları ABŞ üçün maraqlı deyil.
ABŞ-nin Ermənistana yardım ayırmasında ikinci diqqət çəkən məqam bunun hansı təşkilat tərəfindən edilməsidir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xeyriyyə adı altında gizli fəaliyyətinə dair xeyli faktlar var və bu dəfələrlə mətbuatda dərc olunub. Artıq USAİD-in ABŞ-nin gizli silahı olmasına kimsə şübhə etmir. Təşkilatın rəhbəri, insan hüquqları müdafiəçisi, amerikalı diplomat Samanta Pauerin də erməni lobbisinin əlində oyuncağa çevrilməsi heç kimə sirr deyil. Onun hazırda Bakıda həbsdə olan Ruben Vardanyanla əlaqələri, onun tədbirlərində iştirakı, mükafatlandırılması, onun saxlanılması ilə bağlı Bakıya gəlməsi də bunu deməyə əsas verir.

Diplomat kimi fəaliyyətə başlamazdan əvvəl jurnalist kimi reportajlar hazırlayan Samanta 2003-ci ildə yazdığı ("A Problem from Hell: America and the Age of Genocide") kitabından sonra karyerasında sıçrayış əldə edib. Bu kitaba görə mükafat alan Samanta 2013-2017-ci illərdə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri kimi fəaliyyət göstərib. Bu müddət ərzində o, Suriyada münaqişələr və digər beynəlxalq humanitar böhranlar zamanı ABŞ-ın mövqeyini müdafiə edib.
Samanta haqqında məlumatlar sırasında qeyd olunub ki, onun USAID rəhbəri kimi prioritetləri arasında beynəlxalq yardım və inkişaf, iqlim dəyişikliyi ilə mübarizə, demokratiyanın möhkəmləndirilməsi və qadınların hüquqlarının qorunması var. Lakin, bunlar sadəcə vikipediyada olan söz yığınından başqa birşey deyil. Belə ki, təşkilat məhz ABŞ-nin gizli məqsədlərini həyata keçirmək üçün yaradılıb, bütün gizli proseslər xeyriyyə pərdəsi altında həyata keçirilir. Onun rəhbəri isə Vardanyanın yaxın dostudur, erməni lobbisinin əlində alətə çevrilib, adı rüşvət qalmaqalında hallanır.
USAİD-in əsl simasını ötən ilin sentyabr ayında Gürcüstanda baş verən proseslər üzə çıxarıb. Belə ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xaricdən dəstəklə ölkədə hakimiyyət çevrilişi planlarının olması haqqında məlumat yayıb. Bəyanata görə, daxildəki anti-milli qüvvələrlə əlbir olan xarici dairələr Gürcüstanda zorakılıqla hakimiyyət çevrilişi həyata keçirmək məqsədilə bu ilin oktyabr-dekabr aylarında iğtişaşlar və kütləvi vətəndaş itaətsizliyi aksiyaları planlaşdırıblar. Gürcüstan hökumətinin bu bəyanatı səsləndirməsindən bir neçə gün sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) adı bu məsələdə hallanıb. Bundan sonra siyasətçilər və diplomatlar USAİD-dən izahat tələb etsələr də, təşkilat deyilənləri təkzib edib. Ölkədaxilində ayrıseçkilik, çaxnaşma, fikirayrılğı, bölücülük yaratmaq məqsədi ilə bu kimi QHT-lərin müəyyən şəxslərə pul ötürməsinə dair Azərbaycanda da faktlar var. Bu təşkilatlar sırasında USAİD-in adı bir neçə dəfə hallanıb. Onların məqsədi ölkədə hansısa inkişafa nail olmaq yox, xalq ilə hökumət arasında inamsızlıq yaratmaqdır. İstəyirlər ki, cəmiyyət parçalansın, ölkədə qarşıdurma yaransın.
Daha bir diqqətçəkən məqam isə, Paşinyanla bağlı bugün mətbuatda yer alan məlumatlardır. Belə ki, məlumatda Ermənistanın Azərbaycana sülh ilə bağlı təklif göndərməsi qeyd olunub. Ümumiyyətlə, Paşinyan nə vaxt açıqlama versə sülhə hazır olduğunu bəyan edir. Bəs görəsən, dildə sülh deyən Ermənistan rəhbərliyi niyə sülh gündəliyinə zidd olan tədbirlərin USAİD tərəfindən Ermənistanda keçirilməsinə şərait yaradır? Yəqin ki, Ermənistan ABŞ-nin oyuncağı olaraq bu kimi proseslərə qoşulmaqla müstəqilliyinin risk altında olmasından xəbərsizdir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





