Siyasət
Azərbaycan Prezidenti Dağıstan Prezidentini qəbul edib
25 May 2010 00:08
Baxış: 155
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov arasında görüş keçirilib.
Daha sonra görüş geniş tərkibdə davam etdirilib.
Dövlətimizin başçısı Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək Azərbaycan ilə Dağıstanı çoxəsrlik tarixi, mədəni əlaqələrin birləşdirdiyini vurğulayıb. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Dağıstan Respublikası Prezidentinin Azərbaycana səfəri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, regionda təhlükəsizliyin möhkəmləndirilməsi, sərmayə yatırımları və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi işinə xidmət edəcəkdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu münasibətlərin strateji xarakter daşıdığını deyib. Dövlətimizin başçısı Dağıstan Respublikası Prezidentinin ölkəmizə səfərinin Rusiya-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Dağıstan xalqının dərin hörmət və ehtiramını dövlətimizin başçısına çatdırıb. Maqomedsalam Maqomedov Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Dağıstanda yüksək qiymətləndirildiyini deyib. Dağıstan Respublikasının Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin və eləcə də xalqlarımız arasında mehriban dostluq və qardaşlıq əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayaraq bu ənənələrin qorunaraq gələcək nəsillərə ötürüləcəyinə əmin olduğunu bildirib.
***
Mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Dağıstan Prezidenti Maqomedsalam Maqomedovun şərəfinə şam yeməyi verilib.
/AzərTAc/

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı