İlham Əliyev İnsan hüquqları üzrə müvəkkili haqqında qanuna dəyişiklik edib
Prezident İlham Əliyev İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 17-ci, 18-ci və 21-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 22.1-1-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin cəzaçəkmə müəssisələrində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7; Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 94.2-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin Mərkəzdə" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli və 2024-cü il 19 aprel tarixli 1134-VIQD nömrəli qanunları) 554-cü maddəsinin adına və dispozisiyasına "(ombudsmanın)" sözündən sonra ", Milli preventiv qrupun və müstəqil monitorinq qruplarının" sözləri əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin "Hauptvaxt haqqında" 4 saylı əlavəsinin 5-1-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin qarnizon hauptvaxtlarında" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 5. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I) 4-cü maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.".
Maddə 6. "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 23.1.3-cü maddəyə "(Ombudsman)," sözündən sonra "Milli preventiv qrup üzvləri," sözləri əlavə edilsin;
6.2. 42.1-ci maddədə "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin psixiatriya müəssisələrində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 7. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 49.2-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin həbs yerlərində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 8. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I) 38-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. adında "dövlət monitorinqi" sözləri "monitorinq" sözü ilə əvəz edilsin;
8.2. aşağıdakı məzmunda 38.4-cü maddə əlavə edilsin:
"38.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
XƏBƏR LENTİ
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)





