Məqsədimiz aydındır - Yan Borq
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhün əldə olunmasına xüsusi diqqət yetirməyə davam edəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.
"Bu yaxınlarda Bakıya səfərim zamanı ATƏT və Azərbaycan arasında əməkdaşlığın inkişafına sadiqliyimizi təsdiqlədim. Azərbaycan və Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhün əldə edilməsinə xüsusi diqqət yetirəcəyik ki, bu da bizim əsas prioritetimiz olaraq qalır", - o deyib.
ATƏT sədri qeyd edib ki, Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün əldə edilməsi konstruktiv dialoq və diplomatiyaya sadiqlik tələb edir, çünki bu, irəliləməyin yeganə dayanıqlı yoludur.
"ATƏT bu prosesdə mühüm rol oynamağa davam edə bilər. Bizim unikal təcrübəmiz və ekspert biliklərimiz dinc və dayanıqlı şəkildə irəliləməyə effektiv şəkildə kömək edə bilər. Biz öz töhfəmizi verməyə, tərəflərin səylərini tamamlamağa və dəstəkləməyə hazırıq. Regiondakı fəaliyyətim müddətində vurğulamışam ki, bütün tərəflər bunu istəyər və razılaşdırarsa, ATƏT ümumi dəyərlərimizə və öhdəliklərimizə əsaslanaraq, siyasi prosesə köməklik göstərməyə hazırdır", - o deyib.
Yan Borq Malta hökumətinin ATƏT-in Cənubi Qafqazda rolunun artırılması və iştirakının genişləndirilməsi üzərində çalışdığını qeyd edib.
"Konsensus yanaşması və geniş spektrli konkret layihələri sayəsində ATƏT insanlar arasında nəzərəçarpan əlaqələrin möhkəmləndirilməsi üçün mühüm əsas olaraq çıxış edir. ATƏT mandatının icrasında ona köməklik göstərən bir sıra institut və strukturlara malikdir", - o deyib.
Onun sözlərinə görə, ATƏT-in Azərbaycandakı fəaliyyəti təhlükəsizlik baxımından bağlantı və iqlim dəyişmələri də daxil olmaqla bir neçə sahəni əhatə edir. Eyni zamanda, Azərbaycanın COP29-a sədrliyini şərh edən nazir ATƏT-in Bakı ilə təhlükəsizlik və bağlantının ekoloji aspektləri üzrə əvvəlki və hazırki qarşılıqlı fəaliyyətinin təşkilatın təhlükəsizliyə hərtərəfli yanaşmasının bir hissəsi olaraq, ATƏT çərçivəsində iqlim sahəsində fəaliyyətin vacibliyinin müzakirəsinə imkan yaradacağından əmin olduğunu bildirib.
"Dayanıqlı əlaqələrin və ticarətin möhkəmləndirilməsi, regional əməkdaşlığın inkişafı və ekoloji cəhətdən təmiz praktikaların təşviqinə yönəlmiş təşəbbüslərin uğurlarını inkişaf etdirməyə davam edəcəyik. Bundan başqa, parlament əməkdaşlığının daha da möhkəmləndirilməsi üzərində çalışacağıq. Davamlı sülh və təhlükəsizlik maraqları baxımından bütün istiqamətlərdə üzrə yeni təşəbbüsləri təşviq etməyə davam edəcəyəm", - deyə o əlavə edib.
Yan Borq həmçinin vurğulayıb ki, ATƏT-in güclü tərəflərindən biri münaqişənin bütün tsikli üzrə, o cümlədən postmünaqişə dövrü üzrə geniş və özünü təsdiqləmiş alətlər toplusudur.
"Sülh sazişindən irəli gələ biləcək ehtiyacların səmərəli şəkildə qarşılanması üçün bu alətləri adaptasiya edərək onlardan istifadə etməyə, eləcə də digər ATƏT regionlarından əldə edilən təcrübədən çıxarılan dərslərdən istifadə etməyə hazırıq. Azərbaycan və Ermənistan da daxil olmaqla, ATƏT-ə üzv olan 57 dövlət, o cümlədən Azərbaycan və Ermənistan tərəfindən siyasi dəstək və konsensus nə qədər çox olarsa, təcrübəmizi bir o qədər çox səfərbər edə biləcəyik. Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında nəzərəçarpan irəliləyiş təmin edən bütün praqmatik və nəticəyönümlü yanaşmaları bundan sonra da dəstəkləyəcəyik. Məqsədimiz aydındır: Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin imzalanmasını təmin etmək, həmçinin azərbaycanlıların və ermənilərin hadisələrin bu cür inkişafından necə faydalandığını görmək. Buna yalnız diplomatiya və sülh vasitələri ilə nail olmaq mümkündür", - deyə Yan Borq son olaraq bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
XƏBƏR LENTİ
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"





