Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açılır
Ötən gün Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb, onu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb. Bugün İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb. Onlar mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaların məhz Azərbaycanın ərazisindən həyata keçirilməsi ölkəmizə marağı getdikcə artırır. Xüsusilə, tarixi qələbəmizdən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bu baxımdan Mərkəzi Asiya ölkələri Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır.
Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri diqqət çəkir. Bu səfərlər deməyə əsas verir ki, əlaqələrimiz genişlənir, dərinləşir və strateji xarakter alır.
Ümumiyyətlə, Azərbaycan Respublikasının uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin xüsusi yeri var. Bu ölkələr sırasında Tacikistan ilə münasibətlər özünəməxsus rol oynayır.
Azərbaycan-Tacikistan əlaqələrinin tarixinə qısa nəzər salsaq görərik ki, münasibətlər heç də yeni deyil. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə şəxsi dostluq münasibətləri də ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir edir. Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
Bugünkü səfər də əlaqələrin dərinləşməsinə, inkişafa yönəlib. Münasibətlərin genişlənməsində yeni səhifə açacaq bu səfər bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Səfər çərçivəsində imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub





