Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə geniş diqqət ayırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəbərlərdə ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından bu görüşün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.
TASS Agentliyində yer alan xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminlik ifadə olunur.
"RİA Novosti", "Moskovski Komsomolets" nəşrləri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə mühüm töhfə verməsi barədə fikirlərini diqqətə çatdırıb.
"İnterfaks" nəşrinin xəbərində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və bir sıra digər mövzularda müzakirələr aparılacağını bildirdiyi qeyd olunub.
"News.ru" hər iki ölkə prezidentinin bu il yenidən ali dövləti vəzifəyə seçildikdən sonra ilk dəfə görüşdüklərini xüsusi vurğulayıb. "Onların daha əvvəl başladıqları işləri davam etdirəcəkləri gözlənilir. Politoloqlar hesab edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində ümidverici irəliləyişdən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək niyyətindədirlər", - nəşrdə yayımlanan xəbərdə qeyd olunub.
"Arqumentı i faktı" nəşri yazır ki, Rusiya Prezidenti Vladimir Putin Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfəni xatırladıb. Nəşr qeyd edib ki, Vladimir Putin Heydər Əliyevin SSRİ dövründə BAM-ın tikintisi ilə bağlı məsələlərə birbaşa nəzarət etdiyini və Rusiyanın buna görə ona minnətdar olduğunu vurğulayıb.
"Qazeta.ru" portalı Azərbaycan Prezidenti İlham Əliyevin "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" fikrini xüsusi vurğulayıb. "Bu gün iki dövlət başçısı Rusiya və Azərbaycanı birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini müzakirə etməyi planlaşdırır. Eyni zamanda, Azərbaycan liderinin fikrincə, bu dəhliz yükdaşımaların təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir", - deyə Rusiya nəşrinin xəbərində bildirilib.
"Ren.tv"də yer alan xəbərdə Prezident Vladimir Putinin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasını xüsusi vurğuladığına diqqət çəkilib. "Onun sözlərinə görə, bu rəqəm 4 milyard dollardan çoxdur. Bundan başqa, Rusiyanın yatırdığı 6 milyard dollarlıq sərmayə Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edir", - deyə telekanalın xəbərində qeyd edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur





