Siyasət

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur - Hikmət Hacıyev

20 Mart 2024 17:00
Baxış: 1 169

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.

Milli.Az xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşımında bildirib.

"Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda Novruz Novruz tonqalları ilə qeyd olunur. Necə deyərlər, Oyun Bitdi!

Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!", - Hacıyev paylaşımında qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.