Siyasət
Əli Həsənov: "Hazırda Rusiya ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb"
21 May 2010 18:28
Baxış: 189
"Azərbaycan ilə Rusiyanın nəqliyyat əlaqələri intensiv sürətlə inkişaf etməkdədir". Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov Rostov şəhərində "Rusiya və Azərbaycan: Müasirlik və
əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən forumda çıxışı zamanı
bildirib. Onun sözlərinə görə, Rusiya böyük nəqliyyat dəhlizidir və bu, bizimlə əməkdaşlıqda çox mühüm əhəmiyyət kəsb edir: "Sərnişin və yükdaşımalarının təşkili məqsədilə nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması, dəmiryol, avtomobil, dəniz, su və hava nəqliyyatının beynəlxalq əmtəə və xidmət bazarlarına çıxışının təmin edilməsi məqsədini daşıyan Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində də Rusiya ilə qarşılıqlı əməkdaşlıq şəraitində tədbirlər həyata keçirilir". Məlumatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti yayıb.
Əli Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin təməlində bilavasitə Heydər Əliyev prinsipləri dayanır: "Məhz bu prinsiplərin həyata keçirilməsi sayəsində Azərbaycan dövlətçilik maraqları baxımından mühüm əhəmiyyət kəsb edən nəticələrə nail olub. Elə bu səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-Rusiya münasibətlərinə Heydər Əliyev siyasi kursunun tələbləri baxımından yanaşır. Mehriban qonşuluq və dostluq münasibətləri, beynəlxalq aləmdə böyük nüfuza malik olan Rusiya ilə sıx əməkdaşlıq Azərbaycanın xarici siyasətinin öncül istiqamətlərindəndir. Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur, hazırda əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb".
Tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov iştirak edirlər.
Forumda ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsi qərara alınıb.

/Trend/
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü