Siyasət

Ötən il İlham Əliyev 17 ölkəyə dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirib

5 Mart 2024 14:54
Baxış: 709

2023-cü ildə Prezident İlham Əliyev 17 ölkəyə dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, ümumilikdə, il ərzində Azərbaycan Prezidenti tərəfindən Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Macarıstan, Türkiyə, Almaniya, Tacikistan, Qazaxıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Belçika, Litva, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Serbiya və Rusiyaya dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.