Qərbdəki ağaları Ermənistanı uçuruma aparır
Xocalı soyqırımı hər birimizin yaralı yeridir. Faciəni unutmaq mümkün olmasa da, illər sonra bayrağımızın Xocalıda dalğalanması ağrımızı müəyyən qədər azaldır. Bu gün Xocalı azaddır və artıq Xocalıda abadlıq işləri də başlayıb. Ölkə başçısı ötən gün Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident Xocalının Azərbaycan xalqının tarixində və şüurunda böyük yeri olduğunu, faciənin qəlbimizdə böyük yaralar saldığını vurğulayıb. O, 44 günlük müharibədən sonra çoxlarını maraqlandıran "Bəs Xocalı hanı?" sualının cavabını illər əvvəl bildiyini, lakin, açıqlaya bilmədiyini söyləyib. Dövlət başçısı bildirib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.
Xocalıda bayrağımızın dalğalanmasını həzm edə bilməyən ermənilər isə məhz belə bir gündə yenidən təxribata əl atıblar. Rəsmi İrəvan açıqlama yayaraq tarixi faktları təhrif edib, saxtalaşdırıb. Sumqayıt hadisələri ilə bağlı olan bu bəyanat tamamilə əsassız iddialardan ibarətdir. Bu birbaşa 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir.
Rəsmi Bakının da Ermənistan XİN-ə cavabında bildirildiyi kimi, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi. SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir.
Bu kimi bəyanatlar Ermənistan tərəfinin çox da sülhə maraqlı olmadığını göstərir. Vəziyyətin stabilləşməsindən daha çox gərginləşməsinə xidmət edən açıqlamalar, davranışlar sübut edir ki, Ermənistan sülhü sadəcə dildə deyir. Onların Fransa tərəfindən daim silahlandırılması, Fransanın müdafiə nazirinin Ermənistana səfəri də bunu deməyə əsas verir. Ermənistan sülh prosesinə süni əngəllər yaradan havadarlarının da istədiyi kimi Cənubi Qafqazda vəziyyəti çətinləşdirir. Qərbin açdığı cığır ilə hərəkət edən Ermənistan gələcək təxribatları üçün informasiya fonu da yaratmağa başlayıb. Bu işdə də hər zamankı kimi Qərb onun əsas dəstəkçisidir.
Sabah Berlində Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü olacaq. Görüşün Berlində keçirilməsi Münhen razılaşmasının davamıdır. Avropanın danışıqlarda iştirakının Almaniyaya həvalə olunduğu görünür. Rəsmi Bakı ikitərəfli danışıqların tərəfdarı olsa da bu görüşdə iştirak sülh gündəliyində hər hansı dəyişikliyin olması demək deyil. Ümumilikdə isə görüşdən sülh prosesi ilə bağlı gözləntilər zəifdir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





