Siyasət

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb

21 Fevral 2024 15:56
Baxış: 757

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Həmçinin əlavə edilib ki, cari ilin 4 yanvar tarixində Ermənistan sülh müqaviləsi layihəsinə dair təkliflərini Azərbaycana təqdim edib və ötən ayın sonunda Azərbaycanın XİN rəhbəri buna yaxın həftələrdə cavab veriləcəyini vəd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.