Siyasət

Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti İlham Əliyevi təbrik edib

19 Fevral 2024 18:15
Baxış: 372

Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu, ölkənizin vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın təzahürüdür və tamamilə qanunauyğundur.

Sizin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu münasibətlər tərəfdaşlıq prinsipi əsasında gələcəkdə daha da möhkəmlənəcəkdir.

Sizə və ailənizə cansağlığı, əmin-amanlıq, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.