Siyasət

Ədliyyə Nazirliyinin vəzifələri artırıldı

25 Yanvar 2024 16:46
Baxış: 1 386

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə daxil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" fərmanda əksini tapıb.

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək və onların akkreditasiyasını ləğv etmək isə Ədliyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.