Siyasət

İran ərazisindən Ermənistana silah daşınır - VİDEO - FOTO

18 Yanvar 2024 20:34
Baxış: 3 280

İran ərazisindən Ermənistana hərbi texnikanın daşınması 17 yanvar 2024-cü il tarixdə müşahidə olunub.

Milli.Az caliber-ə istinadən xəbər verir ki, saat 17:50 radələrində İran İslam Respublikasının Culfa yaşayış məntəqəsindən Nurduz keçid məntəqəsi istiqamətində 2 ədəd "HINO" markalı avtomaşının üzərində brezentlə örtülmüş texnikaların daşınması qeydə alınıb. 

Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana daxil olub. 

Saat 21:17-21:31 radələrində isə həmin karvan Mehridən Lehvaz Leqvaz istiqamətində yola düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.