Siyasət

Azərbaycan İrana başsağlığı verdi

3 Yanvar 2024 20:22
Baxış: 1 711

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib:

"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.