Prezident sülh şərtlərini açıqladı - Əgər saziş imzalanmasa...
Ölkə başçısı "Euronews" televiziyasına müsahibə verib. Son zamanlar baş verən proseslərlə bağlı açıqlama verən prezident "Euronews"un müxbirinin suallarını cavablandırıb. İqtisadiyyatdan tutmuş siyasi məsələlərə qədər bir sıra vacib məqamlara toxunan ölkə başçısı Ermənistana da mühüm mesajlar verib.
Regiondakı geosiyasi vəziyyəti şərh edən ölkə başçısı Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumağa müvəffəq olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür: "Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir".
Ölkənin iqtisadi inkişafı ilə bağlı risklər barəsində sualları cavablayan dövlət başçısı hər hansı risk görmədiyini dilə gətirib. O, hətta işğal dövründə belə iqtisadiyyatımızın inkişaf etdiyini bildirib. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdiyimizi vurğulayan lider büdcədə daha çox vəsait toplanması üçün görülən işlərdən danışıb.
Prezident müsahibəsində bildirib ki, keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməlidir. 2026-cı ilin sonunadək 140 min insanı azad edilmiş ərazilərdə yerləşdirməyi planlaşdırılır. Bu baxımdan əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək.
İlham Əliyev sərhədlərimizin xaricindən qaynaqlana biləcək potensial risklərdən danışıb. İşğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra xalqımızın çox güclü birliyinin mövcudluğunu nümunə göstərən ölkə başçısı sabit siyasi sistemimizin olduğunu, Azərbaycanın daxilində risklərin olmadığını söyləyib.
"Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın"
İqtisadi fəaliyyətimizin uğurlu olduğunu bildirən dövlət başçısı bizim bir ay içində xarici borcumuzu ödəyə biləcəyimizi qeyd edib ki, dünyada bunu edə biləcək çox ölkə yoxdur. Belə ki, İqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik.
Prezident Ermənistanla sülh müqaviləsi barədə də danışıb. O, sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmədiyini elan edib. Prezident sülh üçün alternativin olmadığını bildirib: "Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin".
Sülh ilə bağlı şərtləri açıqlayan ölkə başçısı birgəyaşayış məsələsinə də toxunub. O, azərbaycanlılarla ermənilərin başqa ölkələrdə mehriban yaşamasını nümunə göstərib. Prezident bildirib ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə bizim ərazimizdə rahatlıqla təhlükəsiz şəkildə yaşaya bilərlər. Dövlət başçısı bunun beynəlxalq norma və standartlara əsasən hüquqi bir proses olduğunu vurğulayıb.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb





