Siyasət

Prezident: Məcburi köçkünlərə maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik

6 Dekabr 2023 10:32
Baxış: 379

Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu sözləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər" Forumunda bildirib.

Dövlətimizin başçısı minalar məsələsinə də toxunaraq deyib: "Biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.