Xankəndidə Qarabağ Universiteti yaradılır
Xankəndidə Qarabağ Universiteti yaradılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə qərara alıram:
1. Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs (bundan sonra - Universitet) yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;
2.1.3. Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib





