USAID yenə iş başında - Qarabağ erməniləri alətə çevrilir?
Ermənistanı su yoluna döndərən USAID rəhbəri Samanta Pauer növbəti səfəri zamanı rəsmi Vaşinqtonun yeni kartından istifadə edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu dəfə Pauer Qarabağı könüllü tərk edən erməni nümayəndələri ilə görüşüb və onlar üçün 4 milyon dollar ayrılmasından yazıb.
USAID-in Azərbaycana qarşı qərəzli münasibəti yeni deyil və təsadüfi də deyil ki, Azərbaycanda planları fiaskoya uğrayan qurum növbəti qurban kimi Ermənistanı seçib. El arasında deyildiyi ki, gəzdiyi torpaqda ot bitməyən USAID-in hansı ölkələrdə hansı əməlləri törətdiyi məlumdur. Gürcüstandan sonra Ermənistanı da hədəfə qoyan USAID rəhbəri son iki ay ərzində ikinci dəfədir ki, Ermənistana səfər edir. Samanta Pauer elə 19 sentyabr tarixində Azərbaycan tərəfindən həyata keçirilən antiterror əməliyyatından dərhal sonra özünü İrəvana çatdırmış, Qarabağ erməniləri ilə görüş keçirərək onlara 2.5 milyon dollar yardım ayrılacağını bildirmişdi. Bilinən isə odur ki, ABŞ hökuməti heç bir halda qarşılıqsız heç kimə və heç bir dövlətə yardım göstərmir. Əgər ABŞ hökuməti USAID əli ilə Ermənistandakı Qarabağ ermənilərinə əvvəlcə 2.5 milyon, bu dəfə isə 4 milyon dollar ayırırsa, bunu artıqlaması ilə siyasi və iqtisadi cəhətdən Ermənistandan çıxaracaq. Bu isə ABŞ-ın son günlər özünü açıq-aşkar biruzə verən geosiyasi maraqlarıdır. Rupor kimi isə USAID və onun radikal ermənipərəst rəhbəri Samanta Pauerin seçilməsi də təsadüfi deyil. 2006-cı ildə qondarma erməni soyqırımına aid filmin təqdimatında türkləri faşist adlandıran, soyqırımının tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bəyan edən Samanta "xala"nın əslində başqa bir üzü də var. Bu da separatçılarla qol-boyun olmaqdan ibarətdir. Söhbət isə şübhəsiz ki, Qarabağ separatçısı və hazırda həbsdə olan Ruben Vardanyandan gedir. Pauer dəfələrlə onun tədbirlərində çıxış edib və Ruben həbs edilərək Bakıya gətirildikdən sonra Bakıya səfər edən USAİD rəhbəri danışıqlar aparıb. Artıq separatçı kimi tanınan Vardanyanın dostu olan Pauer yəqin ki, təmsil etdiyi dövlətin siyasətini davam etdirir. ABŞ rəsmilərinin müxtəlif terrorçu və separatçılarla dostluğu, əməkdaşlığı barədə kifayət qədər faktlar var.
Samanta "xala"nın Azərbaycana qarşı qərəzinin səbəblərindən biri də USAID-in Soros fonduna bağlı bir qurum olması və Soros fondunun zamanında Azərbaycandan biabırçı şəkildə qovulmasıdır. Quyruq acısı pis olar deyiblər, yəqin ki, Sorosda bunu unutmayıblar və zaman-zaman bu ağrını Pauerlərin timsalında biruzə verirlər.
Əslində Pauer də gözəl dərk edir ki, Qarabağ erməniləri qaçqın deyil.
Birincisi, Qarabağ erməniləri regionu könüllü şəkildə tərk ediblər və onlara heç bir təzyiq göstərilməyib. Əksinə, Azərbaycan hökumətinin dünyaya nümunə olacaq humanitar davranışları barədə sosial şəbəkə və internet məkanında kifayət qədər videoçarx var. Yolda qalanlara yardım, ərzaq paylanması, yaralıların təxliyyəsi və təcili əməliyyata ehtiyacı olanlara tibbi müdaxilə vəs.və ilaxır. Təbii ki, kəşfiyyatçı ilə qaynayan USAID bu videoçarxların analizini və monitorinqini aparıb və baş "xala"ya kifayət qədər məlumat ötürüblər.
İkincisi, Qarabağdakı ermənilərin çox böyük əksəriyyəti qeyri-qanuni məskunlaşma aparıblar və əraziyə Azərbaycan dövlətinin, hökumətinin razılığı olmadan işğal dövründə Ermənistandan, Livandan, Suriyadan kifayət qədər erməni köç edib. Digər ermənilərin isə böyük əksəriyyətinin Ermənistan vətəndaşlığı var. Separatçı qurumun payladığı kağız parçası, yəni "mavi pasport" heç İrəvanda rəsmi sənəd kimi sayılmayıb. Belə olduğu halda, hansı qaçqınçılıqdan danışmaq olar? Özünü demokratiyanın beşiyi sayan ABŞ-ın USAID kimi qurumunda guya bu barədə məlumatı olan yoxdur? Təbii ki, bu məlumatlara USAID kifayət qədər sahibdir.
Üçüncüsü, tutaq ki, Samanta "xala"nın qaçqınlara ürəyi yanır, gecə-gündüz onları düşünür. Yaxşı belədirsə, Bakıda olarkən Pauer niyə azərbaycanlı məcburi köçkünlərlə görüşməyib? Onların dərdi ilə maraqlanmayıb? Həqiqətən öz torpağından didərgin düşən insanlarla maraqlanmaq əvəzinə buna məhəl qoymur, Ermənistanda isə çilli sifətini əyərək, məzlum baxışlarla Qarabağ erməniləri ilə görüşlər keçirir, dəstək olmaq üçün əlindən gələni edəcəyinə söz verir.
Samanta Pauerin Qarabağ ermənilərinin hamisi rolunda çıxış etməsinin onun radikal ermənipərəst olmasından başqa digər səbəbləri də var. Erməni lobbisinin ABŞ-da, xüsusən də Los-Ancelesdə güclü olduğu aydındır. Lobbinin "yemlədiyi" senatorların da bu yaxınlarda Azərbaycana qarşı 907-ci düzəlişi bərpa etdikləri məlumdur. Elə bu 907-ci düzəlişdən söz düşmüşkən, akta görə ABŞ Azərbaycana orta hesabla il ərzində 20-21 milyon dollar göndərməli idi. Buraya heç bir texniki avadanlıq və silah-sursat daxil deyil. İllik hərbi büdcəsi milyardlarla ölçülən və ildən-ilə artan Azərbaycan üçün bu pul elə də ciddi rəqəm deyil. Bu tip hərbi yardımlar dilənçipayı ilə yaşamağa vərdiş edən Ermənistan kimi ölkələr üçün göydəndüşmə sayıla bilər. Göründüyü kimi, erməni lobbisinin bəlkə də milyonlar xərcləyib senatorları bu düzəlişə vadar etməsi boş xülya və avantüradan başqa bir şey deyil. Elə o erməni lobbisi də hərəkətə keçərək Pauerləri qızışdırır, təlimatlandırır, İrəvana göndərir. Məqsəd isə aydındır, Qarabağ erməniləri hesabına Ermənistan büdcəsini doldurmaq. Onsuz da dövlət borcu 12 milyard dollara yaxınlaşan Ermənistan üçün bu ianələr və yardımlar büdcəni doldurmaq üçün əla fürsətdir.
Bundan əlavə, görünür rəsmi Vaşinqton Qarabağ erməniləri kartından istifadə etməklə başqa bir məqsədinə çatmaq niyyətindədir. Məqsəd isə geosiyasi maraqdır, Rusiyanı regiondan uzaqlaşdırmaq. Təsadüfi deyil ki, dəfələrlə ABŞ rəsmiləri tərəfindən "Qarabağ ermənilərinin Qarabağa qayıdışı təmin edilməlidir. Təhlükəsizlikləri təmin edilməlidir". Bax elə xoruzun quyruğu da burada görünür. Bu bəyanatlarla paralel olaraq, Qarabağdakı Rusiya sülhməramlılarını ABŞ sülhməramlıları ilə əvəz etmək kimi tezislər səsləndirilir. ABŞ hər zaman olduğu kimi əzəli rəqibi Rusiyanı sıxışdırmaq istəyir. Yuxarıda da qeyd edildiyi kimi, bu işdə Ermənistan qurban keçisi kimi seçilib və bu dəfə USAID əli ilə Qarabağ erməniləri kartından istifadə edilir. Məhz Samanta xalaların İrəvana səfərləri, guya Qarabağ ermənilərinə ürəyinin yanmasını sırf bu geosiyasi maraqlarda axtarmaq lazımdır...
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı





