Vaşinqtonun “Bakı planı” puç oldu: bunu artıq Brüssel də anlayır
Cənubi Qafqazdakı regional proseslərə kobud müdaxilə etməyə çalışan Qərb ümid etdiyinin tam əksi olan nəticələrlə qarşılaşa bilər.
"İranla Azərbaycan arasında əməkdaşlıq normal şəkildə davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa hüququ yoxdur"
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında ABŞ rəsmisinin İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhini cavablayarkən bəyan edib.
"ABŞ çox böyük danışır, amerikalılar ona heç bir aidiyyəti olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir. Bu cür müdaxilələrin ABŞ-a heç bir faydası olmayacaq", - Kənani söyləyib.

ABŞ Konqresinin Senatının və Nümayəndələr Palatasının təmsilçilərinin "Dağlıq Qarabağın gələcəyi" adlı dinləmələrdə Azərbaycana ünvanlanmış tələblər, habelə aşkar hədələr, göründüyü kimi, tam əks effekt verib.
Həmin dinləmələrdə ABŞ Dövlət Departamentinin yetkilisi Ceyms O-Brayen açıq şəkildə bəyan etmişdi ki, Cənubi Qafqazda yeni istifadəyə verilməsi nəzərdə tutulan transregional və beynəlxalq loqistika, habelə nəqliyyat marşrutlarına "Qərb nəzarət etməlidir".
Bu açıqlama Azərbaycana xəbərdarlıq idi, çünki 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərindən biri Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı idi.
Bu marşrut Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirməlidir və Ermənistan ərazisindən keçməlidir.
Lakin üçtərəfli bəyanat imzalanan gündən bəri rəsmi İrəvan şərti yerinə yetirməmək üçün ən müxtəlif bəhanələrə əl ataraq süni maneələr yaratmağa davam edir.
Situasiya belə olduqda, rəsmi Bakı İran ərazisindən keçəcək Şərqi Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı Tehranla niyyət anlaşması imzalayıb.
Vaşiqtonu qıcıqlandıran, daha doğrusu, qəzəbləndirən də məhz bu məqam idi.
Nasir Kənaninin brifinqdə söylədikləri ABŞ-a xəbərdarlıq olmalıdır. Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək, xüsusilə də Azərbaycanın bölgə dövlətləri ilə münasibətlərinin intensivliyi, miqyası, forması və mahiyyəti ilə bağlı rəsmi Bakıya təzyiqlər etməklə bağlı Birləşmiş Ştatların yürütdüyü siyasət mənasızdır.
Amerikalıların siyasətinin bumeranq effekti daha çoxdur. Belə ki, Bakı ilə Tehran arasındakı münasibətilərdə son vaxtlar yaşanan ifrat gərginliyin aradan qaldırılması, Azərbaycan-İran əlaqələrinin normallaşmağa başlaması üçün ən məqbul addımı deyəsən, ABŞ atdı.
Azərbaycanla İran arasındakı münasibətlər heç vaxt sıx və intensiv olmayıb, lakin Vaşinqtonun son qərarları, ələlxüsus də Bakını "hədələmək" və Şərqi Zəngəzur dəhlizi layihəsindən vaz keçməyə vadar etmək cəhdindən sonra Bakı ilə Tehran situativ müttəfiqlərə çevrilirlər.

Bakı ilə Tehranr arasındak əməkdaşlığın genişlənməsinə, tərəfdaşlıq sahələrin artmasına və genişlənməsinə mane olmağa çalışan Vaşinqton Cənubi Qafqazda regional tərəfdaşlığın aktivləşməsinin yalnız onun nəzarətində, onun ssenarisi ilə olmasını istəyir.
Birləşmiş Ştatlar bunu açıq bəyan etmir və təbii, əsl niyyətini əsla dilə gətirməyəcək. Lakin bölgədəki son proseslərlə yanaşı, əvvəlki 30 ildə yaşananları nəzərə alsaq, ehtimalların mümkün invariativlik müstəvisi xeyli daralır.
Ermənistanın baş naziri Nikol Paşinyanla onun Fransada, Avropa İttifaqında və ABŞ-dakı havadarları Azərbaycanın bölgədə dayanıqlı sülhlə stabilliyin bərqərar olmasına, regional kommunikasiyaların bərpasına yönəlmiş cəhdlərinə maneələr yaratmağa çalışdıqları indiki zamanda Zəngəzur dəhlizinin vacibdiyi xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Rusiya Daxili İşlər Nazirliynin yaydığı bəyanata görə, bu gündən etibarən "xüsusi qərar verilənədək" Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi hərəkət üçün qapadılır.
Gürcüstan ərazisindən keçən, Ermənistanı Rusiya ilə bağlayan yeganə quru yolu məhz bu NBM-dən keçir.
Rəsmi Moskva NBM-in bağlanmasını və yolun Vladiqafqaz-Lars istiqamətində Rusiyadan hərəkətinin dayandırılmasını hava şəraitinin pisləşməsi ilə əlaqələndirir.
Halbuki noyabrın ikinci ongünlüyüdür. Qıhda, yanvar və ya fevral aylarında, Yuxarı Larsa güclü qar yağaraq yolun buz bağladığı dönəmdə nə olacaq - bəlli deyil.
Göründüyü kimi, yeganə quru yolundan asılı olan Azərbaycan yox, Ermənistandır və regional kommunikasiyaların bərpası, yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi məhz Ermənistana gərəkdir.
Zəngəzur dəhlizi layihəsi istifadəyə veriələrsə Ermənistan ilboyu normal fəaliyyət göstərən marşrut əldə edəcək.
Üstəlik, Ermənistan iqtisadiyyatının bütünlüklə Rusiyadan asılı olduğunu da unutmayaq.
Məhz bu səbəbdən Avropa İttifaqı Azərbaycanla münasibətlərdə ABŞ-ın yaratdığı gərginliyi aradan qaldırılmasına çalışır. Cənubi Qafqaz və Gürcüstandakı böhranla bağlı Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaarın dediyinə görə, Brüssel üçün önəmli olan Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin harada imazalanması yox, ümumiyyətlə, sənədin imzalanmasıdır.

"Avropa İttifaqı üçün əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. İki dövlət arasındakı münasibətlərin normallaşması sənədin harada imzalanmasından daha önəmlidirö. Əslində ən əsas məsələ irəiyə doğru hərəkətdir. Bütün diqqətimizi buna yönəltmişik. Bizim üçün əsas maraqlı olan Azərbaycan və Ermənistan arasında razılaşmanın olmasıdır. Bunun harada imzalanacağının fərqi yoxdur. Biz həqiqətən də düşünürük ki, nəqliyyat yolları açıq olan və sülh hökm sürən Cənubi Qafqaz Şimal-Cənub, Şərq-Qərb qovşağının əsas mərkəzlərindən ola bilər. Şarl Mişel mümkün qədər tez vaxtda Brüsseldə İlham Əliyev və Paşinyanla görüşmək istəyir. Biz Azərbaycan üçün yaxşı tərəfdaş olan Ermənistan istəyirik", - T.Klaar deyib.
Bakı ilə münasibətlərdə Vaşinqtonla müqayisədə Brüssel nisbətən rasional və praqmatik siyasət yürüdür. Birləşmiş Ştatların Bakıya ünvanladığı absurd hədələrin və isterik bəyanatların fonunda Avropa İttifaqı anlayır ki, Azərbaycan b.lgənin lider dövlətidir. Üstəlik, Orta Asiyaya hərəkət, habelə Rusiyanın təbii qazından asılılıqdan qurtulmaq üçün Bakı Aİ üçün həddən ziyadə əhəmiyyət kəsb edir.
ABŞ-ın hədləri keçdiyini anlayan Avropa İttifaqı indi Bakı ilə münasibətləri normallaşdırmağa çalışır.
Vaşinqtondan fərqli olaraq.
Elçin Alıoğlu
TREND
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





