Siyasət

Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir

18 Noyabr 2023 10:10
Baxış: 718

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla "Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics