Siyasət

Prezident Qranadaya niyə getmədiyini Şarl Mişelə açıqladı

7 Oktyabr 2023 22:04
Baxış: 1 508

Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirdi. Dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

Eyni zamanda, dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırdı, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini dedi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.