İki ölkə arasında müdafiə sahəsi üzrə sənəd təsdiqləndi
Azərbaycanla Gürcüstan müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" müzakirəyə çıxarılıb.
Saziş 2023-cü il 24 aprel tarixində Bakı şəhərində imzalanıb. Saziş preambula və 13 maddədən ibarətdir.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir.
Sazişinin 2-ci maddəsinə əsasən tərəflərin 14 sahədə - hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur.
Sazişin 3-cü maddəsinə müvafiq olaraq tərəflər arasında əməkdaşlıq rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr, təcrübə mübadiləsi, treninq və təlim tədbirlərində iştirak, qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi, konfrans və seminarlarda iştirak, mədəni və idman tədbirlərində iştirak və birgə razılaşdırılmtş digər formalar vasitəsilə təmin edilir.
Sazişin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi və Gürcüstan Respublikası tərəfindən Müdafiə Nazirliyi çıxış edir.
Bu sazişinin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması 2011-ci il 26 oktyabr tarixli "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında Saziş"ə əsasən həyata keçirilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, sazişdə maliyyə məsələləri, intizam prosedurları, zərərlər, sazişinin müvəqqəti dayandırılması qaydası və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər barədə məlumatlar öz əksini tapıb.
Sazişin 1T-ci maddəsinə uyğun olaraq bu sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və (və ya) məsləhətləşmələr yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir və həlli üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya üçüncü tərəfə müraciət edilmir.
Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birini xəbərdar etdiyi sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alınmasından etibarən növbəti ayın ilk günü qüvvəyə minir.
Saziş qeyri-müəyyən müddətə bağlanılıb.
Hər bir tərəf istənilən vaxt bir-birlərinə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərərək Sazişi ləğv edə bilər. Bildirişin alındığı tarixdən 6 ay sonra Saziş qüvvədən düşmüş hesab edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





