Siyasət

"Məncə, Xankəndidə bayrağımız bu tarixdə dalğalanacaq"

29 Sentyabr 2023 12:42
Baxış: 2 876

"Final mərhələsindəyik. Mənim üçün final mərhələ isə Xankəndi İcra Hakimiyyətinin binası üzərində Azərbaycan bayrağının qaldırılmasıdır. Məncə, bu, bir neçə günün məsələsidir".

Milli.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, reinteqrasiya adlanan yeni mərhələ başlayıb.

"Hesab edirəm ki, bu artıq sülhyaratma prosesidir, əlbəttə, o, bəsit deyil, maliyyə investisiyası tələb edir. Ancaq əsas məsələlərdən biri - azərbaycanlıların Xankəndidəki öz dədə-baba yurdlarına qayıtmalarıdır", - deyə E. Məmmədyarov əlavə edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.