Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum millət vəkilinin nəşi Heydər məscidinə gətirilib.
Onu sevənlər məscidin önünə toplaşıb.
Qeyd edək ki, Qənirə Paşayeva ilə vida mərasimi sabah səhər 10:00-da Heydər məscidində olacaq. Mərhum bundan bir saat sonra İkinci Fəxri Xiyabana torpağa tapşırılacaq.
Milli.Az















