Siyasət

Fərid Şəfiyevin dedikləri Azərbaycan dövlətinin mövqeyini əks etdirmir

23 Sentyabr 2023 22:40
Baxış: 2 191

Siyasi şərhçi Fərid Şəfiyev ötən gün Azadlıq radiosuna müsahibə verib. O, müsahibəsində Qarabağdakı hazırki vəziyyətlə bağlı bəzi fikirlər irəli sürüb.

Milli.Az bildirir ki, Fərid Şəfiyevin dedikləri şəxsi fikridir, Azərbaycan dövlətinin mövqeyini əks etdirmir.

"Əslində, görünən odur ki, Fərid Şəfiyevin bu fikirləri belə imperativ qaydada səsləndirməyə nə haqqı var, nə də səlahiyyəti. O, Qarabağ erməniləri ilə müzakirələrdə iştirak etmir, bu məsələ ilə məşğul olan hər hansı bir orqanda təmsil olunmur. Belə olan halda bütün bu deyilənlər cənab Şəfiyevin şəxsi fikrindən başqa bir şey ola bilməz", - deyə mənbə əlavə edib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.