Kılıcdaroğluna CİDDİ SUAL: “Qarabağla bağlı niyə susursunuz?”
Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi) prezidenti professor Aygün Attar Cümhuriyyət Xalq Partiyasını (CHP) və partiyanın sədri Kamal Kılıçdaroğlunu Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bağlı səssiz qalmasına görə tənqid edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Aygün Attar X (Twitter) sosial şəbəkəsində etdiyi paylaşımına CHP-ni və sədr Kılıçdaroğlunun adını etiketləyərək bunları yazıb:
"Can Azərbaycan günlərdir dünyanın gündəmindədir. Qarabağda antiterror tədbirləri çərçivəsində əməliyyatlar keçirilib. Konstitusiya quruluşuna qarşı üsyan edən terror təşkilatının kökünü kəsmək üçün can verən şəhidlərimiz var. "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyib böyük Atatürk. İndi Atatürkün buraxdığı partiyaya sözün əsl mənasında "çökən", özünü ana müxalifət adlandıran CHP-dən səs çıxmır. Kılıçdaroğlu bir kəlmə belə dillənmədi. Avropadan Macarıstan Azərbaycanın haqlı davasını dəstəklədiyi halda, Türkiyənin "Ana müxalifəti" kardır, eşitmir. Ayıb olsun!
Maraqlıdır, CHP və Kamal Kılıçdaroğlu, görəsən, "Ana müxalifət" olaraq niyə günlərdir ki, Türk torpağı Qarabağda Ermənistanın qanunsuz silahlı qüvvələrinə qarşı Azərbaycanın həyata keçirdiyi haqq işi ilə bağlı bir kəlmə də olsun açıqlama vermirsiniz? Atatürkün qurduğu Partiyanın altı əsas prinsipindən biri olan millətçilik oxu sizə heç vaxt dəymədimi? Atatürkçülüyü illərdir sui-istifadə edirsiniz. Dövrün və sovetlərin yaratdığı çətinliklərə baxmayaraq, Atatürk heç vaxt İbrahim Əbilovu yanından ayırmadı! Siz kimə və nəyə xidmət edirsiniz? Partiyanızdakı terrorsevərləri qəzəbləndirməmək üçün Qarabağ hadisələri qarşısında ölüymüş kimi davranmağınızın hesabını Türk milləti sizə seçki sandıqlarında ödədəcək!"
Aygün xanım qeyd edir ki, Kılıçdaroğlu rəhbərlik etdiyi partiyanın hamının təşkilatı adlandırır: "Əslində isə CHP-nin hamının deyil, "bəzilərinin" partiyası olduğu açıq-aydın görünür. Azərbaycanın dövlət və millət olaraq Ərdoğan sevgisini anlamaqda çətinlik çəkdiyini deyən CHP-li dostlarıma dedim ki, istər 2-ci Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonra cənab Ərdoğanın Azərbaycana münasibətinə baxın. BMT tribunasından Qərbin erməni diasporunun təxribatı ilə Azərbaycanı ittiham etdiyi bir mühitdə Ərdoğan bütün dünyaya "Qarabağ Azərbaycan torpağıdır" dedi və o, "Bir millət, iki dövlət" ideyasını müdafiə edən liderdir. Kılıçdaroğlu isə Türkiyədə prezident seçkilərində Azərbaycanı "Türk Qapısı" layihəsindən kənarlaşdırmaq istəyən və müşaviri tərəfindən Azərbaycanın Qarabağ müharibəsində Ermənistana qarşı "muzdlu partizan" döyüşü apardığını iddia edən şəxsdir. Bu fərqli münasibətə qiymət verməyi böyük türk millətinin ixtiyarına verirəm. CanAzerbaijan ÜrəkTürkiyə deyənlərə salam olsun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü





