"ABŞ Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmasına dəstək verməlidir"
"ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir".
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd olunub ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hal-hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendezin 14 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat vermişdir. ABŞ rəsmisi Laçın yolunun dərhal açılmasını tələb etmiş və "Dağlıq Qarabağın əhalisinə qarşı" güc tətbiqini qəbul etməyəcəklərini bildirib.
"Əvvəla, ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Bu yoldan Azərbaycanın qanunları çərçivəsində istifadəsinə əngəl törədən Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan hökuməti və onun Azərbaycanın Qarabağ bölgəsində hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləridir.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı əslində mövcud olmayan təhlükə ilə bağlı Y.Kimin əsassız iddiası ilə bağlı soruşmaq istərdik ki, Ermənistanın öz ərazisindən 300 min, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən 700 min azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini işğal etməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmasına, 20 mindən çox azərbaycanlı mülki şəxsi öldürməsinə, 900-dən artıq Azərbaycan yaşayış məskəninin viran qoymasına, Azərbaycan ərazilərinin bir hissəsini çirkləndirməsinə, əsir və girov götürdüyü 4000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirməməsinə ABŞ hökuməti nə üçün biganə qalıb?
Azərbaycan və Ermənistan arasında münasibətlərin və yerdə vəziyyətin bütün incəliklərindən xəbərdar olan ABŞ hökumətinin azərbaycanlılara qarşı törədilmiş bu qədər haqsızlığa göz yumması, Ermənistanın əsassız iddialarını dəstəkləməsi ABŞ-nin nə "insan haqlarının qlobal müdafiəçisi" kimi, nə də Azərbaycan və Ermənistan arasında sülhü təşviq edən tərəfdaş kimi rollarına uyğun gəlmir", - icmadan bildirilib.
Vurğulanıb ki, sülhdən, ədalətdən dəm vuran ABŞ hələ də Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsini tələb etmir. ABŞ-ın post-sovet məkanında digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıdığı, separatizmə qarşı çıxdığı bir şəraitdə, Azərbaycana gəldikdə yenə də nala-mıxa vurması qəbuledilməzdir. Y.Kimin əmr şəklində danışıq tonu da yersizdir: "Dövlət Departamentinin rəsmisi ünvanları səhv salıb. Y.Kimə xatırladırıq ki, ABŞ siyasətçiləri, diplomatları yeri gəldi-gəlmədi hər yerdə Amerikanın suverenliyi məsələsini qabardırlar. Azərbaycanın suverenliyi heç bir ölkənin, o cümlədən xanım Kimin təmsil etdiyi ABŞ-ın suverenliyindən əksik deyildir.
ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





