Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.
Milli.Az bildirir ki, Pakistan XİN-nin bəyanatına görə, Qarabağı Azərbaycan Respublikasının suveren ərazisidir.
"Qeyri-qanuni qurulmuş rejim tərəfindən hər hansı qondarma seçkilərin keçirilməsinə cəhdi hüquqi və mənəvi cəhətdən qınayırıq. Bu cür cəhd həm də BMT Nizamnaməsi və formalaşmış beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır", - deyə vurğulanıb.
Milli.Az