Pakistan XİN qondarma rejimin keçirdiyi "prezident seçkisini" pisləyib

10 Sentyabr 2023 10:14

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.

Milli.Az bildirir ki, Pakistan XİN-nin bəyanatına görə, Qarabağı Azərbaycan Respublikasının suveren ərazisidir.

"Qeyri-qanuni qurulmuş rejim tərəfindən hər hansı qondarma seçkilərin keçirilməsinə cəhdi hüquqi və mənəvi cəhətdən qınayırıq. Bu cür cəhd həm də BMT Nizamnaməsi və formalaşmış beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır", - deyə vurğulanıb.

Milli.Az