Siyasət

Azərbaycan XİN İranda törədilən terror aktını pisləyib, başsağlığı verib

14 Avqust 2023 14:03
Baxış: 1 042

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində bildirilib.

"İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk", - qeyd olunub.

Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, azı səkkiz nəfər xəsarət olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.