Siyasət

Paşinyan yeni MÜHARİBƏDƏN danışdı

22 İyul 2023 20:11
Baxış: 1 992

Ermənistanın baş naziri Paşinyan yeni müharibənin mümkünlüyünü açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "France-Presse"ə müsahibə verən Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür.

"Ümumiyyətlə, Yer kürəsinin saziş çərçivəsində həll olunmayan münaqişəli vəziyyətli istənilən yerində istənilən vaxt müharibə ola bilər və bu, nəzərə alınmalıdır", - deyə Paşinyan əlavə edib.

"Yenidən kəskinləşmələr, yeni müharibələr həmişə mümkündür, lakin bu, onun baş verəcəyi anlamına gəlmir. Amma bu, həm də o demək deyil ki, müharibə olmayacaq", - Paşinyan vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.