Siyasət

Prezident: Biz çox istəyirik ki, 30 il ərzində əzab çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsun

21 İyul 2023 17:52
Baxış: 560

Şəhərlərin Baş planları təsdiq olunanda şəhərlərdə yaşamış insanların da rəyi nəzərə alınmışdır. Şəhərlərin bərpasının təməlqoyma mərasimini də mən keçmiş köçkünlərlə birlikdə həyata keçirmişəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

"Biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsun və buna doğru da gedirik və gedəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.