Siyasət

Prezident: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni nəfəs qazandı

21 İyul 2023 16:48
Baxış: 414

Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Son zamanlar Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulana dövlətimizin başçısı bildirib: "İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə bir illik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.