Siyasət

Türkiyə lideri: "Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək"

12 İyul 2023 20:07
Baxış: 2 066

Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq, 2025-ci ildə isə onlar bu yerləri tərk edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

"Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) zatən bunu diqqətlə izləyir", - Ərdoğan əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.