Siyasət

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Əməkdaşlıq Sazişi təsdiq edilib

8 İyul 2023 18:24
Baxış: 865

Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanda deyilir ki, 2023-cü il mayın 24-də Ər-Riyad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi" təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.