Siyasət

Azərbaycan hər zaman bizim yanımızdadır - Ərdoğan

15 İyun 2023 00:11
Baxış: 907

Azərbaycan hər zaman bizim yanımızdadır.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Türkiyə olaraq hər zaman qardaş ölkənin yanındayıq. Ölkəmizdə baş verən əsrin fəlakəti zamanı Azərbaycan xalqının sərgilədiyi həmrəyliyi heç bir zaman unuda bilmərik." - deyə o qeyd edib.

R.T.Ərdoğan Türkiyə ilə Azərbaycan arasınakı ticarət həcmini 15 milyard dollara çatdığını qeyd edərək, bildirib ki, hədəflərdən biri də iki ölkə arasında ortaq universitetin açılmasıdır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda Bakıya rəsmi səfər edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.