Siyasət

Prezidentin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib

31 May 2023 16:18
Baxış: 1 051

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"də dəyişiklik təsdiqlənib.

Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin Əsasnaməsi və təsviri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.