Siyasət

İlham Əliyev: İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir

30 May 2023 15:18
Baxış: 612

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında ölkəmizin üzləşdiyi təhdidlərdən danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib. "Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.