Siyasət

Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur - Si Cinpin

26 May 2023 12:52
Baxış: 845

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Dövlətimizin başçısına və dost Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edən Si Cinpin əlavə edib: "Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram".

Çin Xalq Respublikasının Sədri, həmçinin Azərbaycan Prezidentinə cansağlığı, işlərində uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, xalqımıza isə xoşbəxtlik və firavanlıq arzulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.