Siyasət

Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır - Nazir

12 Aprel 2023 12:57
Baxış: 667

Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın səylərini müzakirə etdik. Normallaşma prosesi üzrə formatlar və atılmış addımlar barədə məlumat verildi.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, görüş zamanı Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqların aparılmasına diqqət yetirilib.

Ceyhun Bayramovun sözlərinə görə, dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb: "Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.