Siyasət

Prezident: Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur

28 Mart 2023 14:26
Baxış: 627

Laçın şəhərinin bütün infrastrukturu - su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, 50 kilometrdən çox daxili yollar yenidən qurulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Laçın şəhəri Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, bir cənnət məkan olacaq. "Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.