Paşinyan sülh dilini anlamır, erməniləri fəlakətə sürükləyir
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən İrəvanda keçirdiyi mətbuat konfransı qonşu ölkənin hakimiyyət dairələrinin normal və konstruktiv siyasəti yox, qarşıdurmanı seçdiyinə dəlalət edir. Paşinyanın açıqlamaları yekun sülh sazişinə aparan yolu daha da uzadır, Ermənistanın yeni silahlı təxribatlara əl atacağının anonsu kimi səslənir. Bu isə İrəvan üçün ağır nəticələr verəcək.
Adətinə xilaf çıxan Paşinyan bu dəfə mətbuat konfrası keçiriləcəyi barədə administrasiyasının ilkin açıqlamaları, komandasının mənsublarının hazırlıq bəyanatları olmadan "qəfil" tədbirə əl atdı. O, həmişəki ampluasına sadiq qalaraq yenə mahiyyətlə məzmunu, forma ilə formatı, ağla qaranı qarışdırdı və yalanı gerçək, gerçəyi də iddialar qismində qələmə verməyə çalışdı.
Söz oyunlarından geniş istifadə edən Nikol Paşinyan bu dəfə "innovasiya"lar edərək Rusiya Federasiyasını suçladı, Moskvaya ünvanlanmış ultimatumlar səsləndirdi və az qala açıq şəkildə bəyan etdi ki, Fransanın iştirakı olmadan hansısa sənəd imzalamaq niyyətində deyil.

Ermənistanın baş naziri Azərbaycanla aparılan danışıqlar prosesində çox ciddi problemlər yarada biləcək açıqlamalar da verib. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti operativ nəzarətində olan ərazilərdə yaşayan ermənilərin nümayəndələri ilə martın 1-də Xocalıdakı görüşdən sonra prosesi davam etdirmək üçün rəsmi Bakı yeni görüş təklif etdi.
Amma qarabağlı ermənilərin separatçı liderləri görüşdən imtina edərək yenə də "müstəqillik", "milli müqəddəratı təyin etmə hüququ" və s. kimi absurd şüarçılığa vardılar.
Həmin ifadələri Paşinyan da mətbuat konfrasında faktiki olaraq təkrarladı. Bu isə Ermənistanın ölkəmizin sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyini şübhə altına alması deməkdir. Üstəlik, Paşinyanın dünənki bəyanatları qarabağlı erməni separatçılarının açıqlamalarının az qala sözbəsöz təkrarıdır. Bu isə Xankəndindəki separatçı rejimin ritorikasının İrəvandan idarə olunan proses olduğunu göstərir.
"Biz həmişə demişik ki, Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi bizim üçün fövqəladə dərəcədə mühüm məsələ, əsas məqsədlərimizdən biridir. Hesab edirik ki, bu məsələnin həllində əsas mandat məhz Dağlıq Qarabağda olmalıdır, əsas dialoqu da onlar Bakı ilə aparmalıdır", - Paşinyan bildirib.
Halbuki heç bir "Dağlıq Qarabağ xalqı" yoxdur və olmayıb: olan Azərbaycanın Qarabağ iqtisadi zonasının şimalında məskunlaşmış ermənilərdir. On minlərlə erməninin də hələ də Azərbaycan ərazisində yaşaması rəsmi Bakının yürütdyü tolerantlıq və multikulturalizm siyasətinin təzahürü sayılmalıdır.
Halbuki Ermənistanda, qədim Azərbaycan ərazilərində indi bir nəfər də soydaşımız qalmayıb. Etnik təmizləmə, kütləvi təqiblər və soyqırım siyasəti yürüdən Ermənistan yüz minlərlə azərbaycanlını tarixi torpaqlarından qaçqın salaraq monoetnik dövlətə çevrilib.
Elə sadəcə bu səbəbdən Ermənistanın ölkəmizdən nə isə tələb etməyə heç bir hüququ yoxdur.
Bundan başqa, 44 günlük Vətən Müharibəsi ərəfəsində də rəsmi Bakı qarabağlı ermənilərin Azərbaycanda yaşamlarını davam etdirmələrinin yollarının müzakirəsi üçün İrəvana dəfələrlə müraciət etmişdi.

Aldığımız cavab Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə!" bəyanatı olmuşdu.
Nikol Paşinyanın bitmək bilməyən absurd açıqlamaları, aqressiv ritorikası və danışıqlar prosesini dayandırmaq istəyi 44 günlük müharibəni qaçılmaz etdi.
"Qarabağın statusu" ifadəsi tarixə qovuşub. Bu söz birləşməsi nə 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda, nə də ötən ilin oktyabrında Praqada və Soçidə keçirilmiş görüşlərin sənədlərində yoxdur.
Tam əksinə, Ermənistan rəsmən bəyan edib ki, 1991-ci ildə imzalanmı Almata bəyannaməsinə uyğun olaraq İrəvanla Bakı bir birlərinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyırlar.
Yəni Ermənistan etiraf edib ki, Qarabağ iqtisadi zonası Azərbaycanın tərkib və ayrılmaz hissəsidir.
İndisə Nikol Paşinyan 44 günlük Vətən Müharibəsinin sonuclarını, üçtərəfli bəyanatı, Praqa və Soçi görüşlərindəki razılaşmaları unudaraq sərt ritorikaya əl atıb.

Bu isə qəsdən və bilərəkdən edilən təxribat, Nikol Paşinyanın yekun sülh sazişinə yox, yeni hərbi əməliyyata hazırolaşması deməkdir.
Vəziyyət daha da gərginləşərsə və Azərbaycan da RSK-nın nəzarət altındakı ərazilərdə qarabağlı ermənilərin terror dəstələrinə, silahlı birləşmələrinə qarşı antiterror əməliyyatına başlayarsa, məsuliyyət bütünlüklə Ermənistanın, xüsusilə də bu ölkənin baş naziri Nikol Paşinyanın üzərinə düşəcək.
Rəsmi İrəvanın indi bel bağladığı və çox ümid etdiyi "hami"ləri isə həmişə olduğu kimi, vəziyyət mürəkkəbləşən kimi erməniləri meydanda qoyub gedəcəklər.
Onda Ermənistanın vəziyyəti fəlakətli olacaq.
Elçin Alıoğlu
TREND
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil





