Siyasət

İlham Əliyev: Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib

2 Mart 2023 17:13
Baxış: 539

Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımız mina partlaması səbəbindən həlak olub və ya yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.