Siyasət

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

18 Fevral 2023 07:55
Baxış: 669

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Nazirliyinə bu ölkədə baş verən qar uçqunu nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib.

Bununla bağlı Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib:

"Tacikistanın Bədəxşan vilayətində qar uçqununun səbəb olduğu insan itkisinə və dağıntılara görə dərin üzüntümüzü ifadə edirik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq".

Qeyd edək ki, fevralın 15-də Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.