Farslar İrana gəlmə xalqdır – Tanınmış alim
Beynəlxalq sazişlərə əsasən, İran bu ölkədəki səfir və diplomatların təhlükəsizliyini qorumağa borcludur. Əgər bunu edə bilmirsə, deməli, onların dövlət dedikləri bir şey yoxdur.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış alim, filologiya elmləri doktoru Seyfəddin Altaylı deyib.
Farslarda nəinki azərbaycanlılara, bütün türklərə qarşı bir qorxu olduğunu vurğulayan alim onların İrana gəlməsindən də danışıb:
"Farsların bugünkü İrana gəlməsi eradan əvvəl, birinci minilliyin ikinci yarısından başlayıb. Yəni, bunlar gəlmə xalqdırlar. Oranın əsl yerliləri biz türklərik. Tarixi sənədlərə, elmi və arxeoloji araşdırmalara əsasən bunu demək olar. İranda yaşayan türklər türk dünyasının bir parçasıdır. Bu bir reallıqdır. Amma bu yolda mədəni, elmi işlər aparılmalıdır. Bu gün Güney Azərbaycanda yaşayan 50 milyona yaxın türkün - istər azərbaycanlı, istər türkmən, qaşqay və digər türk boylarından onların - mədəniyyəti, dili, kimliyi araşdırılmalı və elmi şəkildə ortaya qoyulmalıdır. Bu arşdırmalar orada yaşayan türklərə də ötürülməlidir ki, onlarda milli mənlik şüuru dirçəlsin".
Alim bildirib ki, İranda yaşayan türklərin "Güney Türküstan" termini ilə eyniləşdirilməsi doğru deyil:
"Rusların qondarma Orta Asiya termini kimi işlətdiyi yer Türküstanın qərbi, yəni, Qərbi Türküstan, uyğur qardaşlarımızın yaşadığı şərq hissə isə Şərqi Türküstandır. Güney Azərbaycanın Oğuz eli adlandırılması daha düzgün olardı. Ümumiyyətlə, harada türk varsa, oranın Oğuz eli adlandırılması daha uyğundur. Şərqin də, Qərbin də türklə bağlı qorxusu çox uzaq tarixə gedib çıxır. Səlib yürüşlərinin ən böyük səbəbi türkə duyulan nifrət və qorxu olub. Bu gün İranda yaşayan türklərin kimliyi farsın ürəyinə dəhşət və qorxu salıb. Təəssüflər olsun ki, Səlcuq imperiyasının dövlət dili farsca olub. Səbəbi də onlar oturaq olub, türklər isə yarıköçəri yaşadığına görə, məktəblərdə təhsil almayıblar. Oxu-yazı bilməyiblər. Dövlətdə də savadlı adamlara ehtiyac olduğuna görə farslar təmsil olunub. Odur ki, rəsmi dil farsca, orduda danışılan dil isə türkcə idi.
Müasir dövrümüzdə də türk qorxusu davam edir. Amma necə deyərlər qorxunun da əcələ faydası yoxdur"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat





