ŞKTC lideri SON SÖZÜNÜ DEDİ - Ya iki dövlət, ya da Türkiyə ilə inteqrasiya
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İngiltərənin "The Guardian" qəzetinə diqqətçəkən açıqlamalar verib.
Milli.Az muselman.az-a istinadən bildirir ki, ŞKTC prezidenti Ersin Tatar Kiprdə müzakirəyə çıxardığı iki dövlətli həll modeli qəbul edilməzsə, adanın davamlı olaraq bölünəcəyi və bölgədəki təbii qaz ehtiyatlarının boş qalacağı ilə bağlı xəbərdarlıq edib. O, Kipr türklərinin Türkiyə ilə inteqrasiyasının sürətlənəcəyini də bildirib.
Tatar Kipr problemi ilə məşğul olan beynəlxalq ictimaiyyətin standartların xaricində düşünməsi lazım olduğunu bildirib:
"Kiprdə yarım əsrdir müzakirə edilən federasiya həll modeli indi vaxt itkisidir. Yunanlar Avropa İttifaqına üzv olduqdan sonra türklərlə heç nəyi bölüşmək istəmirlər, bütün Kipri Helen adası kimi qəbul edirlər. Kiprdə iki fərqli dövlət, iki fərqli xalq və iki fərqli mədəniyyət var. Həll təklifimiz qəbul olunmayınca heç bir danışıqlara başlamayacağıq".
Tatar ŞKTC-nin Ankaranın müstəmləkəsi olacağı ilə bağlı tənqidlərə də cavab verib:

"Türkiyə bizim vətənimizdir, biz türk millətinin bir parçasıyıq. Beynəlxalq ictimaiyyət embarqo və təcrid rejimini aradan qaldırmasa, təbii ki, yardım aldığımız Türkiyə ilə inteqrasiyamız sürətlənəcək. Kipr türkləri çətinliyə düşəndə Türkiyə onlara yardıma qaçırdı. İki ayrı dövlətdə və suverenlikdə mümkün qədər tez bir həll tapılmazsa, bölgədəki təbii qaz ehtiyatları çıxarılmadan dənizin altında qalacaq və bir müddət sonra yaşıl enerji ön plana çıxacaq və bu səbəbdən qazın heç bir iqtisadi dəyəri qalmayacaq. Nəticədə enerji şirkətləri böhranlı bölgələrə gəlmək istəməyəcək".
"The Guardian" qəzeti Qərb mərkəzli beynəlxalq ictimaiyyətin Kiprdə iki dövlətli həlli qəbul etməsinin "açıqlanmayan səbəblərindən" də yazıb.
- Kipr sinir mərkəzidir: Tatar müşavirlərinin fikrincə, Kipr regionda geosiyasi sinir mərkəzidir. Beynəlxalq ictimaiyyət Türkiyəni Qərb ittifaqına yaxınlaşdırmaq və Rusiyadan uzaqlaşdırmaq istəsə, ŞKTC-ni tanımaqla yaxşı bir başlanğıc edəcək.
- Qaz münaqişə yaradır: Şərqi Aralıq dənizindəki enerji resursları iki dövlət həllini dəstəkləyən ikinci rıçaqdır. Kipr ətrafında enerji ehtiyatlarının bölüşdürülməsində münaqişə var. Əgər milyardlarla dollarlıq təbii sərvətlərin olduğu yerdə münaqişə olarsa, investisiya riskli olacaq və gələcəkdə xoşagəlməz hadisələr baş verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama





