Siyasət

Azərbaycan İsrailə başsağlığı verdi

28 Yanvar 2023 07:25
Baxış: 873

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

"Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik", - Azərbaycanın xarici siyasət idarəsi başsağlığıda qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.