Paşinyanın avantürası: Bakının tələbi var?
Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi gözlənilən idi. Onlar Rusiya ətrafında yaranmış vəziyyətdən istifadə etdilər, lakin İrəvanın hərəkətlərinin nə dərəcədə balanslaşdırılmış olması sual altındadır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni analitik Hermine Mxitaryan deyib.
"Qərbin fəallığı xüsusilə bir sıra rəsmilərin İrəvana səfərləri, Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri səviyyəsində özünü göstərir. Bu fonda demək olar ki, Ermənistan hakimiyyəti geosiyasi avantüraya qərar verib. Qərbin real maraqlarını və onun ani hədəflərini anlamaq lazımdır. Laçın yolu məsələsində Ermənistan hakimiyyəti məsuliyyəti yalnız Rusiya tərəfinin üzərinə qoyur. Qərb də bundan maksimum yararlanmağa çalışır və daha da fəallaşır: onlar prosesdə əsas rolu öz üzərinə götürməyə, erməni cəmiyyətinin Qərbə qarşı müsbət münasibətini formalaşdırmağa, danışıqlar prosesinin onların himayəsi altında getdiyini göstərməyə cəhd edirlər. Gürcüstanın İrəvanla Bakı arasında platforma təklifi Qərbin fəallaşması kontekstində nəzərdən keçirilməlidir. Bunun fonunda Ermənistan hakimiyyəti ölkədə və cəmiyyətdə nəzərəçarpacaq dərəcədə antirusiya əhval-ruhiyyəsini gücləndirir, Qərbi və onun təklif etdiyi prosesləri müsbət tərəfdən təqdim etməyə çalışır", - o bildirib.
Mxitaryan qeyd edib ki, burada Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Laçın yolu ətrafındakı vəziyyəti əsas gətirərək danışıqlar üçün Moskvaya getməməsi, lakin Brüsselə getməsi də diqqət çəkir:
"Nəzəri cəhətdən bu, hakimiyyətin siyasəti ola bilər ki, guya Azərbaycan Laçın yolunu açana qədər onlar heç bir formatda görüşməyəcək, danışıqlar masasına əyləşməyəcəklər. Amma biz görürük ki, bu siyasət birbaşa antirusiya əhval-ruhiyyəsinin reallaşması ilə bağlıdır. Yəni problem azərbaycanlı həmkarı ilə görüşdə deyil, Rusiyanın vasitəçiliyi ilə görüş keçirməkdədir. Ermənistan Qərbin himayəsi altında danışıqlara hazır olduğunu nümayiş etdirir".
Onun fikrincə, hakimiyyətin bu cür siyasəti və strateji tərəfdaşlarla münasibətləri kəskinləşdirməsi Ermənistanın maraqlarının heç bir halda nəzərə alınmadığı geosiyasi avantüradır:
"Üstəlik, hakimiyyətin apardığı siyasət nəticəsində respublikada təhlükəsizlik problemləri günü-gündən artır. Strateji müttəfiqlə dialoq yoxdur. Ermənistan-Rusiya münasibətləri həqiqətən böhran yaşayır. KTMT ilə bağlı rəsmi İrəvan tərəfdaşlara aydın olmayan bəyanatlar verir. Tutaq ki, Qərb Ermənistanın suverenliyinin təhlükəsizliyinin təminatçısı kimi görünür, axı bu, kifayət qədər uzun prosedurdur. Vəziyyət çox gərgindir. Əgər avropalılar Laçın yolu ilə bağlı problemi doğrudan da həll etmək istəyirlərsə, onda İrəvana niyə gəlirlər? Bu Laçın yolunun açılması ilə bağlı hansısa gizli danışıqların aparılması və ya Azərbaycan tərəfindən yeni tələblərin irəli sürülməsi ilə bağlı şübhələrə əsas verir. Və bu prosesləri qidalandıran Ermənistan hakimiyyətinin nəyi rəhbər tutduğunu məntiqlə izah etmək çətindir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)





