Ukrayna Rusiyanı MƏHV ETMƏYƏ HAZIRLAŞIR - Bəs hücum niyə gecikir? - SƏBƏB...
Bir ay sonra Rusiya-Ukrayna müharibəsinin davam etməsinin artıq 1 ili tamam olacaq. Bu müharibədən öncə nə Kremlin verdiyi "4-5 günə müharibənin taleyini həll edəcəyik" proqnozları özünü doğrultdu, nə də Ukraynanın savaşın başlayacağı təqdirdə NATO-nun müdaxiləsi ilə bağlı gözləntiləri. Doğrudur, bu gün Qərb və ABŞ Ukraynanı artıq bir ildir ki, ən son hərbi texnika ilə təchiz etməkdə davam edir.

Hətta ABŞ hərbi sənayesi demək olar ki, tamamilə Ukrayna-Rusiya müharibəsinə fokuslanıb. Amma görünən odur ki, istər Kollektiv Qərb, istərsə də Vaşinqton münaqişənin tez bir zamanda birməsində maraqlı deyil. Bunu Volodimir Zelenskinin Ukraynanın hava məkanını tamamilə nəzarətə götürmək üçün aylardır etdiyi çağırışları Qərbdə bir o qədər ciddiyə almamaq, Kiyevə edilən hərbi dəstəyin aram-aram davam etməsi fonunda son günlər Rusiyanın yenidən fəallaşmasından anlamaq elə də çətin deyil.
Bəs mütəxəssislər nə düşünürlər? Bu suala cavab tapmaq üçün Milli.Az yerli və əcnəbi hərbi, siyasi analitiklərin fikrini öyrənib.

Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze müharibənin hazırki vəziyyəti və gələcək gözləntiləri ilə bağlı deyib:
"Moskvanın hərbi əməliyyatları uzatmaqdan başqa xüsusi bir seçimi yoxdur. Rusiya havadan müdafiəni gücləndirmək və səfərbərlik fəaliyyətini elə təşkil etmək istəyir ki, faktiki limitsiz insan resurslarını xərcləməklə Rusiyanın hərbi məğlubiyyətini maksimum gecikdirsin. Çünki Kremlin təcrid şəraitində əsaslı yeni ekosistem yaratmaq üçün zamana ehtiyacı var.
İnstitusional olaraq Rusiya Federasiyasının bunun üçün əlində hər cür imkan cəmlənib:
1. Rusiya aparıcı rol oynadığı beynəlxalq formatlardan - Avrasiya İqtisadi Birliyindən (EAEU), KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), MDB-dən istifadə edir
2. Postsovetin hakim elitaları üçün sanksiyalardan yan keçmək sistemində korrupsiya komponentinin xarici və daxili destabilizasiya təhdidlərini artırmaq
3. Üsyankar dövlətlərlə hərbi ittifaqa qədər fəal əməkdaşlıq, mövcud vəziyyətdən yararlanmağa hazır olan ölkələrə ucuz xammal satmaq sisteminin yaradılması".

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə isə Rusiyanın Ukrayna cəbhəsində son günlər xüsusilə fəallaşmasını belə izah edib:
"İstənilən, hətta ən yeni silah sistemi də hərbi personalın peşəkar və inteqrasiya olunmuş iştirakını tələb edir. Ən yaxşı artilleriya sistemləri və çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə silahlanmış Ukrayna ordusu yüksək effektiv şəkildə hazırlıqlı batareyaya qarşı döyüşə bilmədi. Əməliyyatların planlaşdırılmasında və döyüş əməliyyatlarının aparılmasında müəyyən çətinliklər daha yüksək səviyyəli briqada və qərargah komandirləri səviyyəsində də müşahidə olunur.
Ümumilikdə bütün problemləri nəzərə alaraq, Ukrayna ordusunun hücumunun gecikdirilməsi ilə bağlı Qərbin yanaşmasını düzgün hesab edirəm. Hücumun gecikdirilməsinin məqsədlərindən biri NATO standartlarına uyğun silahlanmış və təlim keçmiş üç ordu korpusunun formalaşdırılmasıdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib





